...

Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskvadakı görüşü Dağlıq Qarabağ üzrə danışıqların istimaqətini müəyyənləşdirməlidir – Novruz Məmmədov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2011 15:08 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşü Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların istimaqətini müəyyənləşdirməlidir.
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskvadakı görüşü Dağlıq Qarabağ üzrə danışıqların istimaqətini müəyyənləşdirməlidir – Novruz Məmmədov

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşü Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların istimaqətini müəyyənləşdirməlidir. Bu barədə şənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşünün yanvarın 24-də Moskvada keçirilməsi planlaşdırılıb.

Novruz Məmmədovun sözlərinə görə, münaqişənin həlli üzrə sülh danışıqları hələ ki heç bir nəticə vermir, lakin Azərbaycan tərəfi danışıqları davam etdirmək niyyətindədir.

Iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti