...

ATƏT-in Parlament Assambleyasının qış sessiyası zamanı Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə təyin oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2011 12:38 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının qış sessiyası zamanı Cənubi Qafqazda münaqişələr üzrə ATƏT PA-nın xüsusi nümayəndəsi təyin oluna bilər. Bu barədə çərşənbə günü Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
ATƏT-in Parlament Assambleyasının qış sessiyası zamanı Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə təyin oluna bilər

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir S.Ağayeva/

ATƏT-in Parlament Assambleyasının qış sessiyası zamanı Cənubi Qafqazda münaqişələr üzrə ATƏT PA-nın xüsusi nümayəndəsi təyin oluna bilər. Bu barədə çərşənbə günü Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

"Fevralın 24-25-də Vyanada keçiriləcək ATƏT PA-nın qış sessiyası zamanı Dağlıq Qarabağ və Gürcüstan münaqişələri üzrə qurumun xüsusi nümayəndəsi təyin oluna bilər", - çərşənbə günü Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

ATƏT-in Dağlıq Qarabağ və Gürcüstan üzrə sabiq xüsusi nümayəndəsi Qoran Lenmarker ötən ilin noyabrında həmin vəzifədən azad edilib. Lenmarker 2010-cu ilin sentyabrında İsveçdə keçirilən parlament seçkilərində məğlub olduğuna görə, ATƏT PA-nın deputatı deyil.

ATƏT PA-nın prezidenti istənilən zaman öz xüsusi nümayəndəsini təyin etmək səlahiyyətinə malikdir. Lakin mövcud vəzifəyə namizədlik hələ elan olunmayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti