...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici addımların atılması vaxtı çatıb – Minsk qrupu (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2011 20:30 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb. Trend-in məlumatına görə, bu barədə Minsk qrupunun həmsədrləri fevralın 8-11-də Bakı və Yerevana etdikləri səfərlərin yekunları üzrə bəyan ediblər.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici addımların atılması vaxtı çatıb – Minsk qrupu (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 20:13-də yayılıb)

Azərbaycan, Bakı, 11 fevral/Trend, müxbir Y.Ostapenko/

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb. Trend-in məlumatına görə, bu barədə Minsk qrupunun həmsədrləri fevralın 8-11-də Bakı və Yerevana etdikləri səfərlərin yekunları üzrə bəyan ediblər.

Həmsədrlər danışqıların müsbət inkişafını qeyd edirlər. Onların sözlərinə görə, bu, ötən ilin oktyabrında Həştərxan sammitindən bəri aparılan işlərin nəticəsidir, - ATƏT-in məlumatında deyilir.

Bununla əlaqədar onlar münaqişə tərəflərini sülh prosesinin növbəti mərhələyə keçməsi üçün gələcək irəliləyişlərə nail olmağa çağırıblar. Həmsədrlər sülhün əldə olunması naminə Azərbaycan və Ermənistanın lazımi qərara gəlmək üçün səylərini dəstəklədiklərini bildiriblər.

Sülhə nail olmaq üçün əlverişli mühitin yaradılması məqsədilə həmsədrlər münaqişə tərəflərini yenidən səbir nümayiş etdirməyə, o cümlədən açıq bəyanatlarda dözümlülük göstərməyə çağırıblar.

Minsk qrupunun həmsədrləri - Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprşiklə birlikdə çərşənbə axşamından cümə gününədək Ermənistan və Azərbaycanda olublar.

Həmsədrlər Bakı və Yerevanda iki ölkə prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti