...

BMT Dağlıq Qarabağ probleminin həllinə diqqəti artırmalıdır - Azərbaycanın hakim partiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2011 17:47 (UTC +04:00)
Azərbaycanın 19 il öncə BMT-yə üzv olması tarixi hadisədir. Təbii ki, BMT səviyyəsində Azərbaycanın bir dövlət olaraq tanınması xalqımızın uzun illər ərzində müstəqillik uğrunda apardığı mübarizənin nəticəsi idi . Trend-in məlumatına görə, bu fikirləri hakim partiyanın rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
BMT Dağlıq Qarabağ probleminin həllinə diqqəti artırmalıdır - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın 19 il öncə BMT-yə üzv olması tarixi hadisədir. Təbii ki, BMT səviyyəsində Azərbaycanın bir dövlət olaraq tanınması xalqımızın uzun illər ərzində müstəqillik uğrunda apardığı mübarizənin nəticəsi idi . Trend-in məlumatına görə, bu fikirləri hakim partiyanın rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

"Hazırda ölkəmiz BMT-nin bir sıra strukturları ilə fəal əməkdaşlıq edir. BMT-nin vəzifələrindən biri Azərbaycanın bu quruma üzv qəbul edildiyi zaman mövcud olduğu sərhədlər çərçivəsində ərazi bütovlüyünün bərpa olunması istiqamətində addımlar atılmasıdır" , - Qurbanlı deyib.

O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi haqqında qətnamələr qəbul edib.

"BMT nüfuzlu beynəlxalq təşkilat olaraq problemin həllinə diqqəti artırmalıdır. BMT-də Azərbaycanın nüfuzunun daim yüksək səviyyəyə qalxması və ərazi bütövlüyümüzün dəstəklənməsi istiqamətində qərarların qəbul edilməsi yönündə ulu öndər Heydər Əliyevin atdığı addımlar xüsusilə qeyd olunmalıdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın BMT müstəvisində həyata keçirdiyi siyasətin strateji və taktiki tərəflərini müəyyən edib. Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə BMT Baş Məclisinin 49-cu sessiyasında çıxışı Azərbaycan həqiqətlərinin BMT səviyyəsində dünyaya çatdırılması baxımından mühüm hadisələrdən biri kimi yadda qalır. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də BMT tribunası vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Prezident İlham Əliyev BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında sülhün qorunması və münaqişələrin aradan qaldırılması istiqamətində BMT-nin rolunun artırılmasının vacibliyini vurğulayıb. Ermənistan -Azərbaycan , Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-də sənədlərin qəbul olunması ölkəmizin uğurlarından biridir. Bu fakt onu göstərir ki, təşkilatda təmsil olunan dövlətlərin əksəriyyəti ölkəmizin haqq işini dəstəkləyir. Azərbaycan bundan sonra da ədalətin bərpa olunması istiqamətində BMT çərçivəsindəki fəaliyyətini davam etdirəcək" , - YAP icra katibinin müavini vurğulayıb.

Azərbaycan 1992-ci ilin martın 2-də BMT-yə üzv qəbul olunub.

Xəbər lenti

Xəbər lenti