...

Rusiya XİN başçısı ATƏT-in Minsk qrupu həmsədrlərilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2011 17:02 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, həmçinin təşkilatın fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Rusiya XİN başçısı ATƏT-in Minsk qrupu həmsədrlərilə görüşüb

Azərbaycan, Bakı, 6 mart /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, həmçinin təşkilatın fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. Bu barədə Rusiya XİN-in bazar günü yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, göruş zamanı martın 5-də Soçidə keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin yekunları müzakirə olunub.

"Minsk qrupunun həmsədrliyi çərçivəsində vasitəçilik fəaliyyətinin gələcək əlaqələndirilməsinə dair fikir mübadiləsi aparılıb", məlumatda deyilir.

Şənbə günü Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyan Soçi yaxınlığındakı Krasnaya Polyana dağ xizəyi kurortunda danışıqlar keçirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti