...

Dağlıq Qarabağ və üzərindəki hava məkanı Azərbaycana məxsusdur - ekspert Ariel Koen

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2011 15:57 (UTC +04:00)
Ekspert və diplomatlar Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasının artmaqda olan təhlükəsi barədə çoxdan danışırlar, buna görə də Ermənistan tərəfinin Xankəndi şəhərində aeroportun açılması ilə bağlı bəyanatı onsuz da gərgin olan vəziyyəti mürəkkəbləşdirir.
Dağlıq Qarabağ və üzərindəki hava məkanı Azərbaycana məxsusdur - ekspert Ariel Koen

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir E.Tariverdiyeva/

Ekspert və diplomatlar Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasının artmaqda olan təhlükəsi barədə çoxdan danışırlar, buna görə də Ermənistan tərəfinin Xankəndi şəhərində aeroportun açılması ilə bağlı bəyanatı onsuz da gərgin olan vəziyyəti mürəkkəbləşdirir. "İrs" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti məsələləri üzrə aparıcı eksperti, Trend BİA-nın Ekspert Şurasının üzvü Ariel Koen belə düşünür.

"Dağlıq Qarabağın ərazisi, o cümlədən onun üzərindəki hava məkanı beynəlxalq hüquq və beynəlxalq ictimaiyyətin qəbul etdiyi kimi, Azərbaycana məxsusdur, - Trend-ə elektron poçrtla Koen bildirib. - Buna görə də Ermənistan tərəfinin nə üçün Dağlıq Qarabağ ətrafında sülh prosesini təhlükə altına ala biləcək belə bəyanatlar verməsi aydın deyil".

Ermənistan tərəfi mayda Xankəndi şəhərində aeroport açmağı planlaşdırır. Prezident Sarkisyan cümə axşamı deyib ki, Xankəndindən uçacaq təyyarənin ilk sərnişini olacaq.

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur. Bu, bütün beynəlxalq konvensiyalara ziddir və buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilməyəcək. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var. Bu barədə bazar ertəsi "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Bu aeroportun fəaliyyət göstərməsi üçün müvafiq sənədlərin alınması və ICAO tərəfindən təsdiqlənməsi lazımdır.

Azərbaycan artıq bu təşkilatı həmin aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti