...

BMT dünya ictimaiyyətini Dağlıq Qarabağ üzrə qətnamələrin yerinə yetirilməsinə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2011 11:48 (UTC +04:00)
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura dünya ictimaiyyətini BMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qəbul etdiyi, hələ də yerinə yetirilməmiş qalan dörd qətnamənin həyata keçirilməsi üzrə səyləri aktivləşdirməyə çağırıb.
BMT dünya ictimaiyyətini Dağlıq Qarabağ üzrə qətnamələrin yerinə yetirilməsinə çağırır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura dünya ictimaiyyətini BMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qəbul etdiyi, hələ də yerinə yetirilməmiş qalan dörd qətnamənin həyata keçirilməsi üzrə səyləri aktivləşdirməyə çağırıb.

"Biz anlayırıq ki, BMT-nin qəbul etdiyi bəzi qərarlar həyata keçirilməmiş qalıb. Bir milyondan artıq qaçqın və məcburi köçkün 20 ildir ki, öz evlərindən uzaqda yaşayırlar və bu, həll tələb edir", - Trend-in məlumatına görə, şənbə günü Akçura jurnalistlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti