...

Azərbaycan Parlamenti ATƏT PA-nın prezidenti qarşısında erməni snayperlərin təmas xəttində cəmləşməsi məsələsini qaldıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2011 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti ATƏT PA-nın prezidenti qarşısında erməni snayperlərin təmas xəttində cəmləşməsi məsələsini qaldıracaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Mayın 12-13-də ATƏT PA-nın prezidenti Petros Eftimiunun Azərbaycana səfəri zamanı bu məsələ qaldırılacaq. Mayın 20-də ATƏT-in devizi altında İtaliyada miqrasiya məsələləri ilə bağlı keçiriləcək tədbirdə də bu məsələni diqqətə çatdıracağıq. Bundan başqa, bu məsələ ATƏT-in yay sessiyasında da müzakirə olunacaq", - Muradova deyib.

Muradovanın sözlərinə görə, Ermənistan snayperləri hər zaman təmas xəttində olub, sadəcə olaraq indi xüsusi hazırlıq səviyyəsinə gətirilib ki, bu da onların təşvişə düşməsi ilə bağlıdır.

Eyni zamanda, bu, status-kvonu saxlamaq üçün Azərbaycanı daim təzyiq altında saxlamaq cəhdləridir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti