Azərbaycan, Bakı, 3 iyun /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, düşmən hərbçilər iyunun 3-də saat 00:35-dən 00:45-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, iyunun 2-də saat 23:20-dən 23:30-dək və iyunun 3-də saat 05:50-dən 06:30-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub.
