...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət addımlar atıla bilər - Azərbaycan Prezidenti Administrasiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2011 10:27 (UTC +04:00)
Rusiya, ABŞ və Fransa prezidentlərinin Dovil bəyənatı nəzərə alınarsa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansısa müsbət addımların atıla biləcəyini demək mümkündür.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət addımlar atıla bilər - Azərbaycan Prezidenti Administrasiyası

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Əliyev/

Rusiya, ABŞ və Fransa prezidentlərinin Dovil bəyənatı nəzərə alınarsa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansısa müsbət addımların atıla biləcəyini demək mümkündür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, həmsədrlərin və beynəlxalq ictimaiyyətin tələb etdiyi əsas məsələ regionda status-kvonun dəyişməsidir.

"Biz habelə müəyyən rayonların azad olunmasına, qaçqınların köçürülməsinə başlanılmasını istəyirik. Ermənistan bu prosesə münasibətini ifadə etmək üçün özündə cəsarət tapmalıdır", - Novruz Məmmədov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti