Azərbaycan, Bakı, 13 iyun /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 12-də saat 21.05-dən 21.10-dək, 23.50-dən 23.55-dək, iyunun 13-də 00.44-dən 00.50-dək, 01.45-dən 01.50-dək və 05.45-dən 05.50-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən və saat 01.30-dan 01.38-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
