...

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2011 11:50 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümü ilə əlaqədar şənbə günü məzarı üzərində anım mərasimi keçirilib.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov anılıb

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümü ilə əlaqədar şənbə günü məzarı üzərində anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, bir qrup gənclər şəhid Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Mübariz İbrahimov öz həyatı və əməli ilə vətəndaşlıq borcunu yerinə yetirib.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Xəbər lenti

Xəbər lenti