...

Ermənistan Prezidenti Kazana gəlib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2011 16:45 (UTC +04:00)
Prezident Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti Kazana gəlib.
Ermənistan Prezidenti Kazana gəlib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Prezident Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti Kazana gəlib. Trend-in məlumatına görə, bu barədə Tatarıstan Prezidentinin rəsmi saytı məlumat verib.

"Kazan" beynəlxalq aeroportunda nümayəndə heyətini Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxametşin, Tatarıstan Baş naziri İldar Xalikov qarşılayıblar.

"Sarkisyanın Kazana işgüzar səfərinin başlıca məqsədi Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşündə iştirakdır. Görüş Kazan Kremlində keçiriləcək", - məlumatda deyilir.

İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli görüşü olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti