...

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən çıxmayacaq - Aleksey Vlasov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2011 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən çıxmayacaq, çünki o özü Cənubi Qafqazın təhlükəsizliyində maraqlıdır. Bu barədə Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bildirib.

Prezidentlərin Kazan görüşünə başaçatma fazası nöqteyi-nəzərindən deyil, danışıqlar prosesində yalnız növbəti mərhələ kimi baxılmalıdır. Bu barədə cümə günü Moskva Dövlət Universitetinin tarix fakültəsi dekanının müavini, "Vestnik Kafkaza" analitik informasiya agentliyinin baş redaktoru Aleksey Vlasov bildirib.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

"Mənim fikrimcə, Azərbaycan və Ermənistan Madrid prinsiplərinin yerinə yetirilməsi ardıcıllığı ilə bağlı razılığa gələ bilməyəcəklər, lakin hesab edirəm ki, 2012-ci ildə danışıqlar prosesində konkret nəticələr əldə olunacaq", -Vlasov bildirib.

Onun sözlərinə görə, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin etnik deyil, ərazi münaqişəsi olması fikrini dəstəkləməsi çox vacibdir.

Vlasovun sözlərinə görə, bu, təkcə siyasətçilərin deyil, adi adamların da konstruktiv dilaoqu üçün meydan yaradır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Vlasovun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər hərbi-texniki, ticarət və humanitar kimi bütün sahələrdə müsbət istiqamətdə inkişaf edir.

"Bu münasibətlərin əsası iki liderin qarşılıqlı fəaliyyətidir. İlham Əliyev mövqeyi bir çox hallarda Dmitri Medvedyevin baxışları ilə üst-üstə düşən adamdır", - o deyib.

Onun sözlərinə görə, telekommunikasiya, elm, səhiyyə, qarşılıqlı fəaliyyət üçün nəhəng meydanın mövcud olduğu kosmik proqramlar üzrə sahələrdə yenidən işlənməsi tələb olunan bir çox məsələlər var.

Xəbər lenti

Xəbər lenti