...

Abxaziya və Cənubi Osetiya Rusiya ilə Azərbaycan arasında alver predmeti deyil - Araz Əzimov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2011 12:50 (UTC +04:00)
Abxaziya və Cənubi Osetiya heç vaxt Dağlıq Qarabağ nizamlamasında Rusiya ilə Azərbaycan arasında alver predmeti olmayıb.
Abxaziya və Cənubi Osetiya Rusiya ilə Azərbaycan arasında alver predmeti deyil - Araz Əzimov

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Abxaziya və Cənubi Osetiya heç vaxt Dağlıq Qarabağ nizamlamasında Rusiya ilə Azərbaycan arasında alver predmeti olmayıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov "Exo Moskvı" radiostansiyasına müsahibəsində bildirib.

O əmin edib ki, Rusiya nümayəndələri heç vaxt belə dəyişdirmənin mümkünlüyünə işarə etməyiblər. Diplomat qeyd edib ki, Azərbaycan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq fikrində deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.

Xəbər lenti

Xəbər lenti