...

Rusiya və Türkiyə XİN-in nümayəndələri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2011 11:18
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqor Karasin ilə Türkiyə xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu arasında regional mövzuda növbəti məsləhətləşmələr keçirilib.
Rusiya və Türkiyə XİN-in nümayəndələri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Oktyabrın 14-də Ankarada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqor Karasin ilə Türkiyə xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu arasında regional mövzuda növbəti məsləhətləşmələr keçirilib. Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı xəbər verib.

"Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxil olmaqla, Mərkəzi Asiya və Cənubi Qafqazın aktual problemləri üzrə fikir mübadiləsini davam etdiriblər", - məlumatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti