...

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə görə Rusiyaya minnətdardır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2011 21:56 (UTC +04:00)
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə görə Rusiyaya minnətdardır. Trend-in məlumatına görə, bunu Rusiyanın "İnterfaks" agentliyinə müsahibəsində xarici işlər naziri Edvard Nalbandyan bildirib.
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə görə Rusiyaya minnətdardır - XİN

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə görə Rusiyaya minnətdardır. Trend-in məlumatına görə, bunu Rusiyanın "İnterfaks" agentliyinə müsahibəsində xarici işlər naziri Edvard Nalbandyan bildirib.

"Biz Rusiya Federasiyasının ATƏT-in Minsk qrupunun digər həmsədrləri - ABŞ və Fransa ilə birgə etdiyi çox böyük səylərə görə minnətdarıq. Biz xüsusən prezident Medvedevin keçmişdə və hazırda etdiyi səylərə görə minnətdarıq" deyə nazir bildirib.

Oktyabrın 23-25-də Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya dövlət səfəri baş tutacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti