...

General-mayor Lənkəran Əliyevin qardaşı oğlunun öldürülməsi faktı ilə bağlı cinayət işi açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2011 11:55 (UTC +04:00)
Lənkəran Əliyevin qardaşı oğlunun öldürülməsi faktı ilə bağlı cinayət işi açılıb
General-mayor Lənkəran Əliyevin qardaşı oğlunun öldürülməsi faktı ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun zabiti leytenant Əliyev Emin Elmar oğlunun şəhid olması faktı ilə bağlı cinayət işi açılıb.

Respublika Hərbi Prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə (120.2.12.-ci) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, hadisə yerinə baxış keçirilib və müvafiq ekspertiza təyin olunub.

Emin Əliyev noyabrın 2-də axşam saatlarında başından aldığı güllə yarasından şəhid olub. Əliyev Emin 1986-cı il təvəllüdlüdür.

Silahlı Qüvvələrdəki mənbədən öncə Trend-ə bildirilib ki, şəhid olan zabit Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin qardaşı oğludur.

Xəbər lenti

Xəbər lenti