...

ABŞ və Rusiya Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması üçün çalışırlar - Filip Qordon

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2011 02:22 (UTC +04:00)
"ABŞ və Rusiya arasında qlobal çağırışlara hərtərəfli cavabların inkişafında effektiv əməkdaşlıq var." Trend-in məlumatına görə, bunu ABŞ Dövlət katibinin köməkçisi Filip Qordon Senatın ABŞ-Rusiya münasibətləri ilə bağlı dinləməsində deyib.
ABŞ və Rusiya Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması üçün çalışırlar - Filip Qordon

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

"ABŞ və Rusiya arasında qlobal çağırışlara hərtərəfli cavabların inkişafında effektiv əməkdaşlıq var." Trend-in məlumatına görə, bunu ABŞ Dövlət katibinin köməkçisi Filip Qordon Senatın ABŞ-Rusiya münasibətləri ilə bağlı dinləməsində deyib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq ABŞ və Rusiya Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllinin sülh yolu ilə tapılması üçün sıx əməkdaşlıq edirlər", - Qordon bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti