...

Azərbaycanın bir qrup jurnalisti Ermənistanı Avropa Məhkəməsinə verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2012 15:51 (UTC +04:00)
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist Ermənistan dövlətini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verir.
Azərbaycanın bir qrup jurnalisti Ermənistanı Avropa Məhkəməsinə verir

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist Ermənistan dövlətini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verir.

Trend-ə çərşənbə günü daxil olan müraciətdə bildirilir ki, jurnalistlər Xalid Asif oğlu Kazımlı, Xalid Vahid oğlu Kazımov, Etibar Seyidağa, Seymur Verdizadə, Məhəbbət Orucov, Aynur Elgünəş, Sevil Hilalqızı, Samir Kazımlı Ermənistan dövlətinin Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan Qarabağ rayonlarını işğal etməsi nəticəsində onların mülkiyyət, yaşayış, təhsil və digər hüquqlarını zorakılıqla pozduğunu, maddi və mənəvi zərbəyə məruz qoyduğunu əsas göstərirlər.

Məlumatda bildirilir ki, yaxın günlərdə Avropa Məhkəməsinə rəsmi şikayət ünvanlanacaq.

Şikayətdə jurnalistlər məhkəmədən Ermənistanın onların hüquqlarını pozduğunun, işğalçılıq etməsinin təsdiqlənməsini xahiş edəcəklər. Eyni zamanda, Ermənistandan buna görə təzminat ödənilməsi istəniləcək.

İddia ərizəsi İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) və digər maddələrinə əsaslanır. İddiaçılar, həmçinin ərizədə milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını qeyd edəcəklər. Jurnalistlərin şikayəti ilə bağlı sənədləşmə işlərini Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı öhdəsinə götürüb.

Xəbər lenti

Xəbər lenti