...

Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2012 10:20 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 1-də saat 10:45-dən 10:50-dək və 14:30-dan 14:35-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 10:15-dən 10:18-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18:10-dan 18:15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti