...

Ağdamda Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2012 12:10 (UTC +04:00)
Ağdamda 1 ədəd Ermənistan istehsalı olan PMN-E piyada əleyhinə mina aşkar edilib.
Ağdamda Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Ağdamda 1 ədəd Ermənistan istehsalı olan PMN-E piyada əleyhinə mina aşkar edilib. Bu barədə Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyini (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağdam rayon İcra Hakimiyyətinin mülki müdafiə rəisi Mənsur Quliyev ANAMA-ya Ağdam rayon ərazisində mina tapılması barədə müraciət edib. Müraciətə əsasən ANAMA mütəxəssisləri tərəfindən Ağdam rayonu İmanqulubəyli kəndi ərazisində Xaçın çay bölgəsində 1 ədəd Ermənistan istehsalı olan PMN-E piyada əleyhinə mina aşkar edilib.

Sabah ANAMA mütəxəssisləri tərəfindən tapılmış piyada əleyhinə minanın yerində zərərsizləşdirilməsi əməliyyatı həyata keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti