Azərbaycan, Bakı, 14 aprel / Trend müxbir R.Hafizoğlu/
Türkiyənin Baş nazirinin müavini Bülənt Arınc Uludağ universitetində " Türkiyənin Xarici siyasəti və xalq diplomatiyası" konfransında çıxışı zamanı Türkiyə - Ermənistan sərhədlərinin Azərbaycan torpaqlarının işğal altında olduğuna görə açılmadığını bildiirb. Trend - in məlumatına görə, bu haqda Türkiyənin "Beyazqazete" agentliyi məlumat verib.
Baş nazirin müavini onu da bildirib ki, Ankara yürütdüyü " qonşularla sıfır problem" siyasəti sayəsində region dövlətləri ilə, əlaqələrini yaxşılaşdırmağı planlaşdırır.
" Ankaranın yürütdüyü siyasət nəticəsində , Rusiya və Gürcüstan ilə də əlaqələrimiz normallaşıb " -deyə, Arınc bildirib.