Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə cəbhə xəttində atəşkəsi pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər aprelin 23-də saat 21:40-dan 22:00-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhədə atəşkəs növbəti dəfə pozulub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə cəbhə xəttində atəşkəsi pozub.
