Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində 350-dən çox mədəniyyət abidəsi, qəbiristanlıqlar, ibadətgahlar, məscidlər qalıb. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cümə günü Bakıda mədəni irsin qorunmasına dair keçirilən beynəlxalq konfransda deyib.
Nazir qeyd edib ki, bu gün Azərbaycan işğal olunan ərazilərdə qalan abidələrin vəziyyətinə nəzarət edə bilmir.
Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə tarixi Azərbaycan abidələri kobud şəkildə, vəhşicəsinə dağıdılır, hətta onlara qarşı dini baxımdan hörmətsizlik edilir.
"Bunu keçirilən bütün beynəlxalq konfranslarda dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır", - Qarayev əlavə edib.
Nazir Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində ölkədəki tarixi abidələrin bərpa olunduğunu xatırladıb.
"İçərişəhər" Dövlət Qoruğu artıq dünya üçün bir nümunədir. Bu göstərir ki, müasir, inkişaf edən böyük şəhərin içində mədəni irsin qorunub saxlanması mümkündür.
Əbülfəz Qarayev: İşğal olunmuş ərazilərdə tarixi Azərbaycan abidələri vəhşicəsinə dağıdılır
Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində 350-dən çox mədəniyyət abidəsi, qəbiristanlıqlar, ibadətgahlar, məscidlər qalıb.
