...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2012 10:49 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 4-də saat 13.35-dən 13.37-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.40-dan 13.45-dək və 23.25-dən 23.40-dək Füzuli rayonunun Horadiz, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azrbaycan, Bakı, 5 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə daxil olan məlumata görə,
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 4-də saat 13.35-dən 13.37-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.40-dan 13.45-dək və 23.25-dən 23.40-dək Füzuli rayonunun Horadiz, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Erməni silahlıları, həmçinin mayın 4-ü saat 09.50-dən 09.55-dək, 14.50-dən 14.55-dək, mayın 5-də 01.30-dan 01.35-dək və 05.00-dan 05.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.35-dən 01.40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.45-dən 02.50-dək və 04.00-dan 04.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti