...

Cənubi Afrika Respublikasında Şuşanın işğalının 20-ci ildonümü ilə əlaqədar bəyanat yayılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2012 18:56 (UTC +04:00)
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi Şuşanın işğalının iyirminci ildonümü ilə əlaqədar fəaliyyət göstərdiyi ölkədəki səfirliklər və dövlət orqanları arasında bəyanat yayıb.
Cənubi Afrika Respublikasında Şuşanın işğalının 20-ci ildonümü ilə əlaqədar bəyanat yayılıb

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi Şuşanın işğalının iyirminci ildonümü ilə əlaqədar fəaliyyət göstərdiyi ölkədəki səfirliklər və dövlət orqanları arasında bəyanat yayıb.

Səfirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bəyanatda Şuşanın işğal olunma tarixi və ağır nəticələri barədə geniş məlumat verilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ümumi məlumat əks olunan bəyanatda, həmçinin bu problemin hazırkı günədək öz həlli yolunu tapmadığı bildirilib və Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi təqdim edilib.

Bəyanatın sonunda beynəlxalq ictimaiyyət münaqişənin həlli ilə bağlı Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa çağırılıb.

Xəbər lenti

Xəbər lenti