...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2012 09:57 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 20-də Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 20-də Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Antal Herdiç keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti