...

Aİ rəhbəri: Vətəndaş cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas rol oynayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2012 13:16 (UTC +04:00)
Vətəndaş cəmiyyətinin tam iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqlar pozula bilər ki, bu da regionda uzunmüddətli sabitlik üçün zərbə olar.
Aİ rəhbəri: Vətəndaş cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas rol oynayır

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Vətəndaş cəmiyyətinin tam iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqlar pozula bilər ki, bu da regionda uzunmüddətli sabitlik üçün zərbə olar. Bunu Aİ Şurasının rəhbəri Herman Van Rompey çərşənbə günü Yerevanda deyib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" saytı yazır.

"Vətəndaş cəmiyyəti münaqişələrin nizamlanmasında mühüm rol oynayır. Dağlıq Qarabağ probleminə gəldikdə, mən dəfələrlə belə qiymətləndirmələr eşitmişəm ki, ictimaiyyətin fikri və münaqişənin (nizamlanması prosesindən) gözləntiləri siyasi liderlərin danışıqlar masası arxasındakı hərəkətlərindən fərqlənir", - o çərşənbə günü "Ermənistan Avropada" forumunda çıxışı zamanı deyib.

Aİ rəhbərinin sözlərinə görə, Ermənistanın potensialının reallaşdırılması, eləcə də Aİ ölkələri ilə yaxınlaşma həmçinin Qarabağ münaqişəsinin nizamlanmasından və onun mümkün nəticələrindən asılıdır.

"Vətəndaş cəmiyyəti münaqişənin dinc yolla nizamlanması prosesinə yardım etməkdə öz vacib rolunu anlamalıdır", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti