...

Rəsmi Bakı ATƏT-i Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini gücləndirməyə çağırıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2012 12:49 (UTC +04:00)
Rəsmi Bakı ATƏT-i Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini gücləndirməyə çağırıb.
Rəsmi Bakı ATƏT-i Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini gücləndirməyə çağırıb (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Rəsmi Bakı ATƏT-i Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini gücləndirməyə çağırıb.

"ATƏT-in baş katibi ilə görüşdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın mövqeyi çatdırılıb. Biz istəyirik ki, ATƏT-in bu məsələdə fəaliyyəti daha da güclənsin ki, artıq irəliəyiş əldə olunsun. 20 ildir ATƏT-in Minsk qrupunun fəaliyyətinə baxmayaraq, heç bir nəticə yoxdur", - Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşündən sonra keçirilən brifinqdə deyib.

XİN rəhbəri bildirib ki, görüşdə həmçinin ikitərəfli məsələlər, qarşılıqlı əməkdaşlıq müzakirə olunub.

"ATƏT baş katibinin Azərbaycanda keçiriləcək seçkilərlə bağlı xüsusi təklifləri oldu. Biz bu təkliflərə baxacağıq. Bundan əlavə, başqa layihələrlə bağlı ATƏT baş katibindən təkliflər də oldu ki, biz bunun üzərində işləyəcəyik", - Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti