Azərbaycan, Bakı, 11 iyul / Trend müxbir K.Zərbalıyeva/
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq baş tutub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 11-də Azərbaycanın Ağdam-Bərdə yolundakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Xristo Xristov keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle keçiriblər.