...

Küveyt Dağlıq-Qarabağ münaqişəsində Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2012 14:29 (UTC +04:00)
Küveyt Dövləti Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsində mövqeyini dəfələrlə bəyan edib və birmənalı şəkildə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir.
Küveyt Dağlıq-Qarabağ münaqişəsində Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini bəyan edib

Azərbaycan, Bakı, 19 iyul /Trend müxbir M.Əliyev/

Küveyt Dövləti Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsində mövqeyini dəfələrlə bəyan edib və birmənalı şəkildə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyindən Azərbaycanın Küveytdəki səfirliyinə iyulun 19-da Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri" ilə bağlı bildirilib.

"Küveyt Dövlətinin bu mövqeyi dəyişməz olaraq qalmaqdadır", - Küveyt XİN bəyan edib.

Xəbər lenti

Xəbər lenti