Azərbaycan, Bakı, 19 iyul /Trend müxbir R.Hafizoğlu/
İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərin" nəticələrini tanımır. Bu barədə Trend-ə təşkilatdan daxil olan məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, İƏT Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dətəkləyir.
İyulun 19-da müstəqilliyi dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan Dağlıq Qarabağda separatçıların "prezident seçkiləri" keçirilir.