...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Avqust 2012 10:25 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində növbəti dəfə atəşkəs pozulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində növbəti dəfə atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Berdavan, Barekamavan, Berd rayonunun Mosesqerx, Aygepar kəndlərində və adsız yüksəkliklərdə, işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti