...

XİN: Azərbaycan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səylərini davam etdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Avqust 2012 11:22 (UTC +04:00)
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı Azərbaycan öz səylərini davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib
XİN: Azərbaycan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səylərini davam etdirəcək

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı öz səylərini davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Abdullayevin sözlərinə görə, Xocalı soyqırımının tək Avropa və Latın Amerika ölkələrində deyil, dünyanın digər yerlərində də təqdim olunmasına çalışılacaq.

"Həqiqətlərin çatdırılmasının bir çox formaları var ki, bunlardan da daha çox təsirlisi abidələrin ucaldılmasıdır. Biz Xocalı soyqırımını bir gün yox, ilin 365 günü, bütün ölkələrdə təbliğat aparırıq" XİN rəsmisi bildirib.

Abdullayev, həmçinin qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya Ədalət" kampaniyası aparılır və Azərbaycan diplomatik korpusları bu kampaniya çərçivəsində aktiv işləyirlər.

Qeyd edək ki, Latın Amerikasının bəzi ölkələrinin parlamentlərində Xocalı soyqırımını tanıyan sənədlər qəbul edilib. Meksikada soyqırım abidəsi ucaldılıb.

Xəbər lenti

Xəbər lenti