Dağlıq Qarabağın azəbaycanlı icmasının nümayəndələrinin ABŞ-a səfəri nəzərdə tutulur

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Dağlıq Qarabağın azəbaycanlı icmasının nümayəndələrinin ABŞ-a səfəri nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
Onun sözlərinə görə, hələ səfərin tarixi müəyyənləşməyib. İcma nümayəndələri ABŞ-dan başqa, Avropanın bir neçə ölkəsinə də səfər etməyi planlaşdırırlar.
Səfərov bildirib ki, xarici ölkələrə səfərlərin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.