...

Əhməd Davudoğlu: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2012 00:57 (UTC +04:00)
BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bir daha Dağlıq Qarabağ məsələsində ölkəsinin mövqeyini təsdiq edib.
Əhməd Davudoğlu: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, E. Əliyev/

BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bir daha Dağlıq Qarabağ məsələsində ölkəsinin mövqeyini təsdiq edib.

"Dağlıq Qarabağ münaqişəsi iyirmi il ərzində həll olunmayıb. Biz hesab edirik ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır" - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti