...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2012 09:41 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs bir neçə istiqamətdə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Yusifcanlı, Füzuli rayonunun Qorqan, Horadiz və Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti