Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Ermənistan tərəfi girovluqda olan azərbaycanlı mülki şəxsi birtərəfli qaydada Azərbaycana təhvil verəcək.
Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, təhvilvermə prosesi noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində baş tutacaq. Azərbaycan tərəfinə ölkə vətəndaşı Telman Cavanşir oğlu Əliyev təhvil veriləcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, Azərbaycanın Qazax rayonunun Alpoud kənd sakini Telman Əliyev (1971-ci il təvəllüdlü) noyabrın 12-də azaraq Ermənistan-Azərbaycan sərhədini keçib.
Azərbaycan rəsmiləri təhvil verilmə barədə məlumatı nə təkzib, nə də təsdiq ediblər.