...

Bolqarıstan XİN: Xocalı aeroportundan istifadə beynəlxalq qanunlara söykənməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2012 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Xocalı aeroportunun istifadə edilməsi beynəlxalq qanunlara söykənməlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanda səfərdə olan Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov bildirib.

Ermənilərin Xocalı aeroportunun açılması üzrə planlarını şərh edən Mladenov qeyd edib ki, uçuşlar beynəlxalq qayda və praktikaya uyğun həyata keçirilməlidir.

Bolqarıstan XİN rəhbəri beynəlxalq uçuş praktikasından danışarkən böyük ehtimalla Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prinsiplərini nəzərdə tutub. Çikaqo Konvensiyası və ICAO-nun prinsiplərinə əsasən, işğal edilmiş ərazilərə uçuşlar həmin ərazinin məxsus olduğu ölkənin razılığı olmadan həyata keçirilə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti