...

Rəsmi Bakı: Xocalı aeroportunun istifadəsi Ermənistanın işğalçı qoşunlarının çıxarılmasından sonra mümkün ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2013 13:08 (UTC +04:00)
Xocalı aeroportunun ermənilər tərəfindən istifadəyə verilməsi ilə bağlı Azərbaycanın mövqeyi bəllidir, bu məsələni ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də müzakirə etmişik.
Rəsmi Bakı: Xocalı aeroportunun istifadəsi Ermənistanın işğalçı qoşunlarının çıxarılmasından sonra mümkün ola bilər

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.Mehdiyev/

Xocalı aeroportunun ermənilər tərəfindən istifadəyə verilməsi ilə bağlı Azərbaycanın mövqeyi bəllidir, bu məsələni ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də müzakirə etmişik. Trend-in məlumatına görə, bunu bazar ertəsi keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, əgər Ermənistan rəhbərliyi razıdırsa, öz qoşunlarını Azərbaycandan çıxartmalıdır, bundan sonra sülh sazişi çərçivəsində bu aeroportun istifadəsi humanitar baxımdan mümkündür. Ancaq nə qədər ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindədir, bu, qanunsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti