...

Novruz Məmmədov: Ermənistanın Xocalı aeroportu ilə bağlı mövqeyi danışıqlar prosesində gərginlik yaradır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2013 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Xocalı aeroportu ilə bağlı mövqeyindən geri çəkilməyəcək. Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) da Ermənistanın bu məsələdə haqsız olduğunu bəyan edib.

"Ermənistanın bu addımı Dağlıq Qarabağ probleminin həlli üzrə aparılan danışıqlar prosesinə mənfi təsir göstərir və gərginlik yaradır", Məmmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti