...

Aİ Xocalı aeroportu ilə bağlı beynəlxalq qanunlar və normalar çərçivəsində hərəkət etməyə üstünlük verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2013 15:47 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Xocalı aeroportu ilə bağlı beynəlxalq qanunlar və normalar çərçivəsində hərəkət etməyə üstünlük verir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.
Aİ Xocalı aeroportu ilə bağlı beynəlxalq qanunlar və normalar çərçivəsində hərəkət etməyə üstünlük verir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı (Aİ) Xocalı aeroportu ilə bağlı beynəlxalq qanunlar və normalar çərçivəsində hərəkət etməyə üstünlük verir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

"Bu istiqamətdə hələ heç nə baş verməyib və biz Xocalı aeroportu ilə bağlı öz fikirlərimizi bildirmişik", - Kobia bildirib.

O qeyd edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyi artıracaq addımın və təşəbbüsün əleyhinədir.

"Aİ bu istiqamətdə əməkdaşlığın və dialoqun davam etdirilməsinin əhəmiyyətli olduğunu hesab edir", - Kobia deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti