...

Ermənistan XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə yanvarın 28-də görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2013 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Yanvarın 28-də Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ) ilə görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Nalbandyan rəhbərlik etdiyi nazirliyin 2012-ci il ərzində fəaliyyəti barədə hesabatı təqdim edərkən bildirib.

Onun sözlərinə görə, bundan sonra ehtiyac yaranarsa, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti