...

XİN: Azərbaycanın işğal edilmiş ərazilərində aeroportun açılması beynəlxalq hüququ təhqir etməkdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2013 18:35 (UTC +04:00)
Azərbaycanın işğal edilmiş ərazilərində (Xocalı aeroportundan) qanunsuz uçuşlarla əlaqədar rəsmi Bakının atacağı addımlar Çikaqo Konvensiyası çərçivəsində olacaq.
XİN: Azərbaycanın işğal edilmiş ərazilərində aeroportun açılması beynəlxalq hüququ təhqir etməkdir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal edilmiş ərazilərində (Xocalı aeroportundan) qanunsuz uçuşlarla əlaqədar rəsmi Bakının atacağı addımlar Çikaqo Konvensiyası çərçivəsində olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü brifinqdə Azərbaycan Xarici İşlər Nazirinin (XİN) mətbuat katibi Elman Abdullayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın bəyanatını şərh edərkən deyib.

"Biz sivil ölkəyik, beynəlxalq hüquq normalarını pozmuruq, özgə ərazidə uçuşlar həyata keçirmirik. Azərbaycan həmişə beynəlxaq hüquqa, o cümlədən Çikaqo Konvensiyasına sadiq qalıb" , - Abdullayev qeyd edib.

O bildirib ki, Ermənistanın addımları beynəlxalq hüququ təhqir etmək deməkdir. Azərbaycanın öz hava məkanı üzərində suverenliyi var, Çikaqo Konvensiyasının iştirakçı ölkələri isə mövcud sənəd çərçivəsində qəbul edilən qərara hörmət etməyə məcburdurlar.

Qeyd edək ki, KTMT-nin baş katibi Nikolay Bordyuja yanvarın 29-da Yerevanda bəyan etmişdi ki, Xocalı aeroportundan uçuş həyata keçiriləcəyi təqdirdə, Azərbaycanın Ermənistana məxsus təyyarələri vurmaq imkanını ciddi qəbul etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti