...

Almaniyalı deputat: Ermənistan Xocalı aeroportunu açarsa, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə maneə törədəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2013 14:15 (UTC +04:00)
Almaniya beynəlxalq hüquqda icbari təsiri olan Birləşmiş Millətlər Təşkilatının qətnamələrini dəstəkləyir. Bu qətnamələrə əsasən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.
Almaniyalı deputat: Ermənistan Xocalı aeroportunu açarsa, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə maneə törədəcək

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir E.Mehdiyev/

Almaniya beynəlxalq hüquqda icbari təsiri olan Birləşmiş Millətlər Təşkilatının qətnamələrini dəstəkləyir. Bu qətnamələrə əsasən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Trend-in məlumatına görə, bunu Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından deputat, Hüquq komitəsinin üzvü Olav Gutting Ermənistanın Xocalı aeroportu barədə planlarına dair suala münasibət bildirərkən deyib. Bu barədə Avropa Azərbaycan Cəmiyyəti məlumat yayıb.

Olav Guttingin sözlərinə görə, uzun müddətdir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq ictimaiyyət tərəfindən tələb edilmişdir. Qaçqınların öz vətənlərinə qayıtmaq hüququ vardır. Lakin, Ermənistan işğal edilmiş ərazilərdə olduğu müdətdə bu hüquq onlardan alınıb.

Deputat deyib ki, Almaniya və Azərbaycan arasında siyasət, iqtisadiyyat və sosial sahələrdə sıx əməkdaşlıq mövcuddur.

"Buna görə, biz Dağlıq Qarabağın gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığını bölüşürük. Ermənistan bu kontekstdə sülhün əldə olunması əlehinə tədbirlər görüb. Nümunələrdən biri, keçən il keçirilmiş və Avropa Birliyi tərəfindən tanınmayan "prezident seçkiləri" olmuşdur. Hal-hazırda Ertmənistan Azərbaycanın işğal altındakı ərazisində olan Xocalı aeroportunun yenidən açılmasını planlaşdırır. Ermənistan bu addımı ilə Dağlıq Qarabağın "tanınmasına dair" "faktlar" yaratmağa çalışır. Bu, iki ölkə arasında sülh həll yolunun əldə edilməsinə yardım etməyəcəkdir" Olav Gutting bildirib.

Onun sözlərinə görə, Almaniya Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində cəhdlərini hər zaman dəstəkləyib və bu istiqamətdə cəhdlərini davam etdirəcəkdir..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti