...

Britaniyalı deputat Ermənistanın Xocalı aeroportu barədə planlarına dair bəyanat verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2013 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Britaniya Parlamentinin deputatı Ermənistanın Xocalı aeroportu barədə planlarına dair bəyanat verib.

"Xocalı aeroportu qanuni olaraq fəaliyyət göstərə bilməz, belə ki, Azərbaycan hökumətinin sanksiyası olmadan onun hava məkanında icazəsiz uçüşlara yol verilmir", - Trend-in məlumatına görə, Mühafizəkar Partiyasından deputat, Energetika və iqlim dəyişikliyi üzrə xüsusi komitənin üzvü, bütün partiyaların təmsil olunduğu Azərbaycan üzrə parlament qrupunun sədri Kristofer Pinçer Ermənistanın Xocalı aeroportu barədə planlarına dair suala münasibət bildirərkən deyib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib

"Aeroportu açmaq təklifi əsas prinsip kimi ucuz siyasətlə bağlıdır. Hərbi əməliyyatların bitdiyi halda və öz evlərindən çıxarılmış və hazırda məcburi köçkün düşərgələrində çətin həyat sürən insanlar evlərinə qayıtmaq şansını aldıqları zaman aeroportun yenidən açılması barədə danışmaq mümkun olacaq", - Pinçer deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti