...

Almaniyalı deputat: Azərbaycan ərazilərinin işğalı beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2013 16:07 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatı öz qətnamələrində Dağlıq Qarabağın statusuna aydınlıq gətirib. İşğal beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır.
Almaniyalı deputat: Azərbaycan ərazilərinin işğalı beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Birləşmiş Millətlər Təşkilatı öz qətnamələrində Dağlıq Qarabağın statusuna aydınlıq gətirib. İşğal beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. Yalnız işğala son qoymaqla iki ölkə arasında sülhə nail olmaq olar. Trend-in məlumatına görə, bu barədə Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyaları fraksiyasından deputatı, Müdafiə komitəsinin üzvü Florian Hanın Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, Han qeyd edib ki, ərazi bütövlüyü dövlət ücün əsas prinsipdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bütün qətnamələrində bəyan edilib. Buna görə də Ermənistan işğala son qoymalı və bununla, qaçqınların qayıtmağına imkan yaratmalıdır.

"Azərbaycan və Almaniya tərəfdaş dövlətlərdir. Azərbaycan bütün regionun sabitliyində vacib rol oynayır. Bu mənada, Dağlıq Qarabağda münaqişəsinin həlli ən vacib məsələdir. Almaniya münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bu məsələ ilə məşğul olur. Biz Birləşmiş Millətlər Təşkilatı və ATƏT çərçivəsində əməkdaşlığımıza xüsusilə etibar edirik", - o deyib.

Alman deputat bildirib ki, sülh prosesinə mane olmaq üçün edilən bütün təxribatlardan qaçmaq lazımdır. Lakin Xocalı aeroportunun yenidən açılışı əks effekt yaradacaq. Bütün şərtlərə görə, Azərbaycanın hava məkanının bütövlüyü təmin edilməlidir", - Han əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti