...

Britaniyalı deputat: Xocalı aeroportunun açılması üçün edilən hərəkət sülh danışıqlarına mənfi təsir göstərəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2013 14:10 (UTC +04:00)
Xocalı aeroportunun açılması məqsədilə edilən hər hansı bir hərəkət, şübhəsiz, ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan və kritik nöqtəyə çatan sülh danışıqlarına mənfi təsir edəcək.
Britaniyalı deputat: Xocalı aeroportunun açılması üçün edilən hərəkət sülh danışıqlarına mənfi təsir göstərəcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Mehdiyev/

Xocalı aeroportunun açılması məqsədilə edilən hər hansı bir hərəkət, şübhəsiz, ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan və kritik nöqtəyə çatan sülh danışıqlarına mənfi təsir edəcək.

Trend-in məlumatına görə, bunu Böyük Britaniya Parlamentinin Mühahifəzakar Partiyasından olan deputatı, Kəşfiyyat və təhlükəsizlik üzrə Parlament Komitəsinin üzvü Mark Fild Ermənistanın Xocalı aeroportu barədə planlarına dair sualı cavablandırarkən deyib.

Məlumatı Avropa Azərbaycan Cəmiyyəti yayıb.

"Xocalı ilə bağı simvolizmi nəzərə alaraq, bu cür hərəkət sülh danışıqlarını, hətta tamamilə fəlakətə uğrada bilər", - Mark Fild bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti