...

Ağ Evdə Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə bağlı bəyanat verilə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2013 11:23 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya üçün səsvermə başa çatıb.
Ağ Evdə Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə bağlı bəyanat verilə bilər

Azərbaycan, Bakı, 19 fevral / Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya üçün səsvermə başa çatıb.

Trend xəbər verir ki, fevralın 19-u saat 11:20-ə olan məlumata görə, petisiya üçün lazım olan 100 min səs toplanıb.

Qeyd edək ki, yanvarın 23-də Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə yönəltmək məqsədilə petisiya yerləşdirilib.

Petisiyanın əsas məqsədi Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə diqqətin artırılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasıdır. Petisiyanın Ağ ev tərəfindən müzakirəyə çıxarılması üçün 2013-cü il fevralın 23-nə qədər 100,000 imza toplamaq lazım idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti